ERPRO logo
ERPRO
Ana Səhifə ERP Proqramı Haqqımızda Xidmətlər Bloq FAQ Əlaqə
Biznes İdarəetmə Həlləri

Müasir ERP Proqramı və İdarəetmə Sistemləri

Şirkətinizin maliyyə, anbar, satış, satınalma və HR proseslərini tek platformada avtomatlaşdırın. Biznesinizə uyğun xüsusi ERP həllərinin tətbiqi və lisenziyalanması.

Qiymət Təklifi Al Ödənişsiz Demo İstə

Müəssisələr üçün ERPRO ERP Proqram Həlli

ERPRO — Azərbaycan biznes mühitinin tələblərinə tam cavab verən, müasir ERP proqramı təqdim edir. Sistemimiz şirkətinizin maliyyə, mühasibatlıq, anbar, satış, satınalma, istehsalat və insan resursları kimi bütün kritik əməliyyatlarını vahid mərkəzdən idarə etməyə imkan verir.

Dağınıq Excel cədvəllərinə və bir-biri ilə inteqrasiya olunmayan proqramlara son qoyun. ERPRO ERP ilə məlumatlar bir dəfə daxil edilir və real vaxt rejimində bütün aidiyyəti şöbələrdə avtomatik yenilənir.

ERPRO ERP Sisteminin Əsas Modulları

Ehtiyacınız olan modulları seçərək öz biznesinizə uyğun xüsusi ERP konfiqurasiyası yarada bilərsiniz:

ModulFunksonallıq və İmkanlarTətbiq Sahəsi
Maliyyə & MühasibatlıqGəlir-xərc uçotu, vergi hesabatları, e-qaimə inteqrasiyasıBütün müəssisələr
Anbar və Stok UçotuReal vaxt stok izləməsi, minimum stok xəbərdarlığı, barkod dəstəyiTicarət və Distribusiya
Satış və CRMMüştəri bazası, təkliflər, sifarişlərin izlənməsi və kassaRetail və Xidmət sektoru
İstehsalat (MRP)Xammal tələbatı, maya dəyəri hesablanması, istehsal planlamaZavod və Fabriklər
HR və ƏməkhaqqıTabel uçotu, davamiyyət, əməkhaqqı və kadr kargüzarlığıOrta və Böyük Şirkətlər

ERP Proqramının Tətbiqi Prosesimiz

ERPRO olaraq yalnız proqram təminatı satmırıq, sistemin şirkətinizdə tam işlək vəziyyətə gətirilməsini həyata keçiririk:

  1. Biznes Analiz: Şirkətinizin daxili prosesləri təhlil edilir və tələblər müəyyənləşdirilir.
  2. Sistemin Quraşdırılması: ERP proqramı şirkətinizin spesifikasına uyğun konfiqurasiya edilir.
  3. Məlumatların Miqrasiyası: Köhnə bazadakı və ya Excel-dəki məlumatlarınız təhlükəsiz şəkildə yeni sistemə köçürülür.
  4. Personala Təlim: Əməkdaşlarınıza proqramdan istifadə qaydaları praktiki şəkildə öyrədilir.
  5. 7/24 Texniki Dəstək: İşə salındıqdan sonra fasiləsiz texniki dəstək və yeniləmələr təmin olunur.

Yerləşdirmə Seçimləri: Cloud ERP və ya Lokal Server

Infrastrukturunuzdan və təhlükəsizlik siyasətinizdən asılı olaraq iki tətbiq modelindən birini seçə bilərsiniz:

XüsusiyyətCloud (Bulud) ERPLokal Server ERP
İlkin İnvestisiyaAşağı (Abunəlik)Yüksək (Lisenziya)
Təhlükəsizlik Və ServerERPRO Tərəfindən İdarə EdilirÖz Serverinizdə Saxlanılır
Uzaqdan Çıxışİstənilən Cihazdan AsanVPN / Əlavə Qurulum

ERP Proqramının Qiyməti və Paketlər

ERP proqramının qiyməti istifadəçi sayına, tələb olunan modullara və fərdiləşdirmə dərəcəsinə əsasən dəyişir. Kiçik bizneslər üçün uyğun aylıq abunə modelləri, orta və böyük müəssisələr üçün isə korporativ layihə təklifləri mövcuddur.

Tez-tez Verilən Suallar

ERP proqramının tətbiqi nə qədər vaxt aparır?+

Kiçik bizneslər üçün 2-3 həftə, mürəkkəb istehsalat və böyük müəssisələr üçün isə 1-3 ay arasında dəyişir.

ERPRO sistemi yerli vergi sisteminə uyğundurmu?+

Bəli, sistemimiz e-qaimə, rəsmi mühasibatlıq və AR Vergi Məcəlləsinin tələblərinə tam uyğunlaşdırılmışdır.

Mövcud Excel məlumatlarımızı ERP-yə köçürmək mümkündür?+

Bəli, tətbiq mərhələsində bütün stok, müştəri və maliyyə qalıqlarınız avtomatik olaraq proqrama köçürülür.

Biznesiniz üçün ERP qiymət hesablaması alın

Mütəxəssislərimizlə əlaqə saxlayaraq proqram təminatının imkanları ilə canlı tanış olun.