Anbar İdarəetməsi nədir?
Anbar idarəetmə proqramı məhsulların anbara daxil olması, yerləşdirilməsi, hərəkəti və çıxışının rəqəmsal qeydiyyatını aparır. Barkod və ya QR kod texnologiyası ilə inteqrasiya olunduqda, hər əməliyyat saniyələr ərzində sistemə düşür.
Dəqiq stok məlumatı olmadan satış, satınalma və istehsalat planlaşdırması mümkün deyil. Anbar proqramı bu şəffaflığı təmin edərək artıq və ya çatışmayan stok riskini azaldır.
